Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Dünya Bankı Azərbaycana ayırdığı 400 milyon dollar krediti təsdiqlədi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünya Bankı Azərbaycana ayırdığı 400 milyon dollar krediti təsdiqlədi

Dünya Bankı 2017-ci ilin maliyyə ili ərzində (2016-cı il iyulun 1-dən 2017-ci il 30 iyunadək) Azərbaycana ayrılan 400,245 mln. dollar həcmində kredit və qrantı təsdiqləyib. Bu barədə bankdan məlumat verilib.

 

“2016-cı ilin maliyyə dövrü ərzində Azərbaycana ayrılan kredit və qrantların həcmi 207 milyon dollar olubsa, bu il üçün bu göstərici 400,245 milyon dollar təşkil edəcək“, - deyə məlumatda vurğulanıb.

 

Qeyd edək ki, ayrılan kreditin 400 mln. dolları “Cənub Qaz Dəhlizi” layihəsinə, 0,25 mln. dollarlıq qrant isə 2017-2022-ci illər ərzində insan resursları və İKT sahəsində potensialın artırılması ilə bağlı məsələlərin həllinə yönəldiləcək.

 

Xatırladaq ki, ümumilikdə 2013-2017-ci illər ərzində Dünya Bankı tərəfindən Azərbaycana 1 mlrd. 238,5 mln. dollar kredit ayrılıb.

 

 © İnterfax, APA

06.07.2017 13:15

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ