Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

FAO: Qlobal ərzaq qiymətləri İyunda yüksəlib

iç səhifə xəbər başlığı altı (mobil)_31
FAO: Qlobal ərzaq qiymətləri İyunda yüksəlib

Qlobal ərzaq əmtəələrinin qiymətləri İyun ayında taxıl və ət qiymətlərinin təsiri ilə yüksəlib.
 

"Marja" xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən hazırlanan Qlobal Ərzaq Qiymətləri İndeksi İyun ayında aylıq müqayisədə 1,4 faiz artaraq 175,2 bənd olub. İndeks, bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 7% artıb.


 
FAO Ərzaq Qiymətləri İndeksi beynəlxalq bazarlarda taxıl, bitki mənşəli yağ, süd məhsulları, ət və şəkərdən ibarət olan beş əsas qida maddəsinin qiymətləri və ticarəti təqib edilərək müəyyən olunur.
 


FAO Taxıl Qiymətləri İndeksi İyun ayında 4.2 faiz artıb bu da ABŞ-da pisləşən əkin şərtlərindən dolayı olub.


 
Qarğıdalı qiymətləri isə bunun tam əksinə, Cənubi Amerikadakı rekord səviyyədəki məhsullara görə düşüb.


 
FAO Qiymət İndeksini təşkil edən məhsullardan heyvan mənşəəli ət və süd məhsulları qiymətləri də artarkən bitki mənşəli yağ və şəkərdə isə azalma görülüb.


 
 -Taxıl qiymətləri indeksi 4,2 faiz artımla 154,3 bənd olub.
 -Yağ qiymətləri indeksi 6,5 faiz azalma ilə 162,1 bənd olub.
 -Süd qiymətləri indeksi 15,9 faiz artımla 209,0 bənd olub.Süd qiymətləri 2017-ci ilin Fevral ayında qalxdığı zirvədən hələ də 24 faiz aşağı olmasına baxmayaraq, 3 ildə itirilən qiymətinə doğru çıxır.

- Ət qiymətləri indeksi 3,2 faiz artımla 175,2 bənd olub.
- Şəkər qiymətləri indeksi 13,4 faiz azalma ilə 197,3 bəndə enib.
- Şəkər qiymətləri son 16 ayın ən aşağı səviyyəsinə düşüb.

06.07.2017 13:37

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ