Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortasında artım

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortasında artım
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2017-cı ilin yanvar-may ayları ərzində Azərbaycanın sığorta şirkətləri tərəfindən kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə 1 milyon 57 min manat sığorta haqları hesablanmışdır.

 

"Marja" xəbər verir ki, bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur. 2016-cı ilin yanvar-may ayları ərzində Azərbaycanın sığorta şirkətləri tərəfindən  kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə 412 min 796 manat sığorta haqları toplanmışdı.

 

Cari ilin 5 ayında kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə ödənişlər 846 min 120 manat olub. 2016-cı ilin yanvar-may ayları ərzində bu növ üzrə ödəniş olmamışdı.

 

2017-cı ilin yanvar-may ayları ərzində Azərbaycanın sığorta şirkətləri tərəfindən kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 1 milyon 142 min 205 manat sığorta haqları hesablanıb. Bu, məbləğ ötən ilin anoloji dövrü ilə müqayisədə azdır. 2016-cı ilin yanvar-may ayları ərzində bu növ üzrə hesablanmış sığorta haqları 1 milyon 215 min 996 manat olmuşdu.

 

Müqayisə olunan dövrdə kənd təsərrüfatı heyvanlarının sığortası üzrə ödənişlər 229 min 678 manatdan  153 min 252 manata geriləyib.

06.07.2017 13:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ