Dollar Azərbaycanda daha istifadə edilməyəcək?
Tanınmış iqtisadçı Vüqar Bayramov “Guya dolların Azərbaycanda daha istifadə edilməyəcəyi” ilə bağlı söz söhbətlərə münasibət bildirib.
“Marja” xəbər verir ki, iqtisadçı Facebook səhifəsində yazıb:
-Bu gün mənə “guya dolların Azərbaycanda daha istifadə edilməyəcəyi” ilə bağlı xeyili müraciətlər oldu. Birmənalı şəkildə qeyd edim ki, ölkəmizdə dollardan istifadənin qadağan edilməsi mexanimzi yoxdur. Ona görə də, narahat olmayın. Dollar olmasa idxal da olmayacaq və ölkəyə məhsul gəlməyəcək. Artıq heç bir ölkədə dollarsız stabil iqtisadiyyat yoxdur. Bəzi bankların dollar alışını dayandırması “qara bazar” ilə bağlı aparılan yoxlamalar ilə bağlı idi.
Bankların əksəriyyəti yenidən dollar alışını davam etdirirlər. Qeyd edim ki, “qara bazar” ilə bağlı açıqlamalarımızdan sonra son 2 gündə bu istiqamətdə xeyili rəsmi araşdırmalara aparılıb. Banklardakı son kadr dəyişikliklərinin də məhz araşdırmalar ilə bağlı olduğu güman edilir. Mən “qara bazar”ın ləğvinin və dolların banklarda satılmasının tərəfdarıyam. Aydındır ki, əgər bank dollar satmayacaqsa heç bir halda “qara bazar” ləğv edilə bilməyəcək. Buna görə də, bütün sivil ölkələrdə olduğu kimi dollar “qara bazar”da, metro stansiyalarının yanında və ya qaranlıq otaqldar deyil, banklarda satılmalıdır. Belə görsənir ki, hökumət banklarda dollar satışını bərpa etməyə çalışır. Təbii ki, bunun nə zaman və necə reallaşacağını indidən söyləmək çətindir.
Türkiyənin region ölkələrinin xarici ticarət əməliyyatlarını milli valyutada aparması ilə bağlı təklifi də orta və uzun müddətli dövr üçün aktual olmayacaq. Belə sövdələşmələr ümumiyyətlə Azərbaycanın iqtisadi maraqlarına uyğun deyil. Azərbaycan ixracı atırmaqla ölkəyə dönərli valyutanın daxil olmasında maraqlı ölkədir. Bütövlükdə isə, əmin olun ki, dollar ölməyəcək. Dünyanın 12 tirlyon dollarlıq ekvivalentidən olan ehtiyatlarının 8 tirlyona yaxını ABŞ dolları ilə saxlanılır. Sizcə, dünya 8 tirlyon dollarlıq ehtiyatın “ölməsinə” hazırdırmı?
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 44 d. əvvəl
-
46 d. əvvəl
Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin
-
1 saat əvvəl
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
-
3 saat əvvəl
Motosikllər və elektrik mühərrikli velosipedlər 15 %-lik gömrük rüsumuna cəlb ediləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Recent Group” və “Area Alfa Group” şirkətlərinin rəhbərəri barəsində cinayət işi başladı
-
4 saat əvvəl
"Bir insanın əmək qabiliyyətini tam itirməsi 3 milyon manat zərər deməkdir"
-
4 saat əvvəl
“PSG-Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsi cərimələnib
-
4 saat əvvəl
İnsan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib
-
4 saat əvvəl
İqtisadi Zonaların İnkişafı Agentliyində Tatarıstan nümayəndə heyəti ilə görüş keçirilib