Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Rabitəbank”ın daha bir səhm paketi satılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Rabitəbank”ın daha bir səhm paketi satılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı Fond Birjasında (BFB) “Rabitəbank” ASC-nin səhmlərinin alqı-satqısı ilə bağlı daha bir əqd bağlanılıb.

 

Reklam_3_11

BFB-nin məlumatına görə,  Bankın hər birinin nominal dəyəri 20,29 manat olan 427 452 ədəd səhminin (8,673 mln. manatlıq) təkrar bazarda realizə edilib.

 

Bu, bankın səhmlərinin təxminən 9,8%-i deməkdir. Birja əqd bağlayan tərəflər barədə məlumatı açıqlamayıb.

 

Xatırladaq ki, “Rabitəbank”ın səhmlərinin “əl dəyişdirməsi” ilə bağlı bundan əvvəlki əqd ötən gün bağlanılıb. Nəticədə Bankın hər birinin nominal dəyəri 20,29 manat olan 414 367 ədəd səhmi (8,408 mln. manatlıq, 9,5%-lik paket) kənar investora satılıb.  

 

Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun səhmdarları Zakir Əlibala oğlu Nuriyev (Bankın Müşahidə Şurasının sədri), Aslan Tarqulu oğlu Xasiyev, Seyran Əlibala oğlu Nuriyev (baş direktor), Dilarə Nəsrəddin qızı Nuriyeva, Yaşar Feyzi oğlu Qurbanov ("Meqa Sığorta" ASC-nin 15%-lik səhmdarı) və digər fiziki şəxslərdir.

 

© Report

06.07.2017 14:40

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ