Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

SOCAR pulunun yarıdan çoxunu dollarda saxlayır

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR pulunun yarıdan çoxunu dollarda saxlayır

Ötən il SOCAR-ın banklarda yerləşdirdiyi pul və pul vəsaiti ekvivalentlərinin, o cümlədən depozitlərin həcmi açıqlanıb.

 

SOCAR-ın 2016-cı il üzrə konsolidə olunmuş maliyyə görə, 2015-ci illə müqayisədə ötən il dövlət şirkətinin banklarda yerləşdirdiyi pul vəsaitləri 15% azalaraq 4,163 mlrd. manat təşkil edib.

 

Hesabatda bildirilir ki, qeyd olunan pul vəsaitinin 2,594 mlrd. manatı ABŞ dolları, 718 mln. manatı Azərbaycan manatı, 378 mln. manatı avro, 249 mln. manatı lirə, 137 mln. manatı İsveçrə frankı, 72 mln. manatı digər valyuta ekvivalentlərindədir. Bundan başqa, şirkətin 15 mln. manat nağd pul vəsaiti var.

 

Depozitlərə gəlincə, 2016-cı ilin 31 dekabr tarixinə SOCAR-ın bank hesablarında yerləşdirilən depozitlərin həcmi 1,039 mlrd. manat təşkil edib. Qeyd olunan depozit 3 aydan 1 ilə qədər illik 2,5 - 6% olmaqla yerləşdirilib. 2015-ci ildə yerləşdirilən 139 mln. manat həcmində depozit isə illik 1,72 - 2,85% olmaqla 3 aydan 6 aya qədər yerləşdirilib.

07.07.2017 10:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ