Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“PAŞA Həyat” ölkənin ən uzunmüddətli maarifləndirmə layihəsi üzrə 100-cü təlimini keçib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“PAŞA Həyat” ölkənin ən uzunmüddətli maarifləndirmə layihəsi üzrə 100-cü təlimini keçib

“PAŞA Həyat” sığorta şirkəti maarifləndirmə və korporativ sosial məsuliyyət proqramı çərçivəsində bu ilin iyul ayının 4-6-da “Sığorta və sığorta mədəniyyəti” mövzusunda növbəti – 100-cü təlimini təşkil edib.

 

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətinin verdiyi məlumata görə, müxtəlif universitetlərdən 40-a yaxın tələbənin iştirak etdiyi təlimdə təlimçi, Pərviz Quliyev tərəfindən tələbələrə sığortaya aid mövcud qanunvericilik bazası, sığortanın mahiyyəti, sığorta mədəniyyətini formalaşdıran amilllər, sığorta müqaviləsi, təkrarsığorta, sığorta riskləri, dünya və yerli sığorta bazarının vəziyyəti barədə ətraflı məlumatlar verib. Təlim zamanı tələbələrə həyat sığortası ilə bağlı müvafiq suallar verilib. Düzgün cavab verən tələbələr “PAŞA Həyat”ın xüsusi hədiyyələri ilə mükafatlandırılıb.

 

Təlimin sonunda şirkətin mətbuat xidmətinin rəhbəri Elnur Hüseynquluyev “Sığorta və sığorta mədəniyyəti” mövzusunda keçirilən təlimin ölkənin sığorta bazarında ən uzunmüddətli təlim layihəsi kimi qeyd edib: “Sözügedən təlimə 2013-cü ilin iyul ayından start verilib. Artıq 4 ildir ki bu təlim davam edir. İndiyədək 2500-ə yaxın tələbə bizim təlimlərdən yararlanıb. Danılmazdır ki, “Sığorta və sığorta mədəniyyəti” mövzusunda keçirilən təlim Azərbaycan sığorta bazarında ən uzunmüddətli təlim layihəsidir. Məqsədimiz iqtisadi sahədə təhsil alan tələbələrin, sığorta sahəsində bilik və bacarıq qabiliyyətlərini daha da artırmaq, eyni zamanda cəmiyyəti sığorta sahəsi haqqında maarifləndirməklə yanaşı, sığorta bazarının inkişafına dəstək olmaqdır”.

 

E.Hüseynquluyev bildirib ki, bu təlimlər əhalinin sığorta sahəsində maarifləndirilməsi üçün ən uğurlu layihələrmizdən biri hesab olunur. Lakin bazarda yalnız “PAŞA Həyat” tərəfindən bu layihənin həyata keçirilməsi o demək deyil ki bütün əhali bu sahədə maaarfləndirilir. Düşünürəm ki, bu işə tənzimləyici orqanın dəstəyi ilə ölkədə fəaliyyət göstərən bütün sığorta şirkətləri cəlb olunmalıdır.

 

Sonda şirkət rəsmisi rəhbərlik adından bütün iştirakçıları təbrik etmiş və onlara təlimlərə maraq göstərdiklərinə görə təşəkkürünü bildirib. Daha sonra tələbələrlə xatirə şəkili çəkilib, onlara “PAŞA Həyat”ın müvafiq sertifikatları təqdim olunub.

07.07.2017 10:44

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ