Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Dünyanın ən böyük bankının nümayəndələri Bakıda - ABA-da GÖRÜŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyanın ən böyük bankının nümayəndələri Bakıda - ABA-da GÖRÜŞ

Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev, ABA-nın icra aparatının rəhbəri Yunus Abdulov, “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq üzrə” Ekspert Qrupunun sədri Zakir Kazımov aktivlərinin həcminə görə dünyanın ən böyük bankı olan Çin Sənaye və Kommersiya Bankının (Industrial and Commercial Bank of China - ICBC) nümayəndə heyəti ilə görüşüb.

 

Reklam_3_11

Görüşdə qonaqlara ölkə iqtisadiyyatı, hazırda aparılan geniş islahatlar, investisiya imkanları və Azərbaycan bank sektoru barədə məlumat verilib, həmçinin ABA-nın bank-maliyyə sahəsindəki fəaliyyəti, müvafiq dövlət orqanları və öz üzvləri ilə qurulmuş qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri nümayəndə heyətinin diqqətinə çatdırılıb.

 

Bankın nümayəndələri ICBC-nin beynəlxalq və regional işləri, əlaqədar strateji hədəfləri, region ölkələri və xüsusilə də ölkəmizlə əlaqədar biznes maraqları barədə fikirləri ilə bölüşüb və Azərbaycan bank sektoru ilə bağlı maraqlarını ifadə ediblər.

 

Həmçinin görüşdə ABA ilə ICBC arasında əməkdaşlıq imkanları müzakirə edilib.

 

Qeyd edək ki, 1984-cü ildə əsası qoyulan ICBC-nin aktivləri hazırda 3.47 trilyon dollar təşkil edir.

07.07.2017 11:12

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ