Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Əfsanəvi telefonun yeni versiyasının Azərbaycanda satışı başladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əfsanəvi telefonun yeni versiyasının Azərbaycanda satışı başladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu günə qədər 126 milyon ədəd satılmış əfsanəvi Nokia 3310 modelinin yenilənən variantının Azərbaycanda satışına başlanılıb.

 

"Marja" xəbər verir ki, yeni Nokia 3310 modeli "Maxi.az" şəbəkəsində 119 manata satılır. Telefon 4 rəng variantı ilə təklif olunur.

 

Nokia Fevral ayında yeni Nokia 3310 modelini təqdim etmişdi. Bildirilmişdi ki, bir enerji dolumu ilə 22 saat danışma müddətinə malik olan 3310-un standby (yuxu rejimi) müddəti isə 1 aydır. 


 
Yeni Nokia 3310 höhnə Nokia 3310 modeli ilə müqayisədə daha kiçik, yüngül və incədir.

 

2.4 düym QVGA ekran, 2 MP arxa kamera və microSD kart dəstəyi ilə gələn yeni Nokia 3310, Nokia Series 30+ əməliyyat sistemini istifadə edir.


 
Nisbətən ağıllı bir cihaz olan yeni model, Opera Mini ilə internetə bağlana bilir. Təbii ki, cihazın içərisində əfsanə "ilan oyunu" da var. Bundan başqa, nostalji zəng səsləri də yenilənmiş variantları ilə telefonda yer alır.


 
  
 Nokia 3310-un qarşıya çıxan texniki xüsusiyyətləri:


 
Ölçülər: 115.6*51.0*12.8mm - 79.6 qram
 
Ekran: 2.4 düym QVGA
 
Kamera: 2 MP, LED flaş dəstəkli
 
Yaddaş: 32 GB-yə qədər microSD kart dəstəyi
 
Əməliyat sistemi: Nokia Series 30+
 
Bağlantı: MicroUSB, Bluetooth 3.0, 3.5 mm AV əlaqə nöqtəsi

07.07.2017 12:16

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ