Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

İqtisadiyyat naziri Çinin “Huawei” şirkətinin vitse-prezidenti ilə görüşüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
İqtisadiyyat naziri Çinin “Huawei” şirkətinin vitse-prezidenti ilə görüşüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İyulun 7-də iqtisadiyyat naziri Şahin Mustafayev Çinin “Huawei” şirkətinin Mərkəzi Asiya və Qafqaz regionu üzrə vitse-prezidenti Hou Tao ilə görüşüb.

 

Reklam_3_11

İKT sahəsində əməkdaşlıq imkanlarının müzakirə edildiyi görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin genişləndiyini, qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əməkdaşlığın inkişafında rolunu vurğulayıb.

 

Qeyd edilib ki, qeyri-neft sektorunun, o cümlədən İKT-nin inkişafı Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindəndir və indiyədək bu sahədə bir sıra işlər görülüb. Azərbaycan İKT  sahəsində dünyanın tanınmış şirkətləri ilə əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında Çində keçirilən “Bir kəmər - bir yol” iqtisadi inkişaf strategiyası üzrə keçirilən Yüksək Səviyyəli Beynəlxalq Forum çərçivəsində Azərbaycan və Çin arasında digər sahələrlə yanaşı, İKT sahəsində əməkdaşlıq imkanları da müzakirə edilib. Bu baxımdan dünyada aparıcı şirkətlərdən olan “Huawei” ilə korporativ sahədə, rəqəmsal iqtisadiyyat və s. kimi istiqamətlər üzrə əməkdaşlıq edilə bilər.

 

“Huawei” şirkətinin Naxçıvanda fiziki cəhətdən qüsurlu insanlara “elektron təhsil” sistemi hədiyyə etməsini yüksək qiymətləndirib, Bakı Ələt Ticarət Limanında görülmüş işlər barədə məlumat verərək, şirkəti burada yaradılmış əlverişli vergi və gömrük rejimindən yararlanmaqla əməkdaşlığa dəvət edib.

 

“Huawei” şirkətinin fəaliyyəti barədə məlumat verən Hou Tao İKT sahəsində dünyada tanınmış şirkətlərdən olan şirkətin 170-dən çox ölkədə, o cümlədən 2001-ci ildən Azərbaycanda fəaliyyət göstərdiyini, “Huawei” şirkətinin ölkəmizdə fəaliyyətini daha da genişləndirməkdə maraqlı olduğunu bildirib.

07.07.2017 13:04

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ