Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Əhali kartı pulsuz alacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əhali kartı pulsuz alacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kapital Bank VISA ödəniş kartı üzrə şərtləri sadələşdirərək, müştərilərə ödənişsiz əsasda debet kart təklif edir. 

 

“Müştərilər hesaba minimum 20 AZN ilkin mədaxil etməklə xüsusi dizaynlı Visa kartını pulsuz alacaqlar. Hesaba mədaxil edilən vəsait isə daha sonra müxtəlif nağdsız ödənişlər üçün istifadə edilə və ya bankomatlarımızdan nağdlaşdırıla bilər”,- Bankın məlumatında deyilir.

 

Müştərinin istəyinə əsasən bu kartı cəmi 10 dəqiqə sərf etməklə yerində adsız və ya 3 gün ərzində adlı almaq mümkündür. Kart manat, dollar və ya avro valyutasında 2 il müddətinə Kapital Bank filiallarında sifariş edilə bilər.

 

Qeyd edək ki, hazırda dövriyyədə Kapital Bank-ın 3 milyona yaxın ödəniş kartı vardır. Prossesinq mərkəzinin inkişafı, həftənin bütün günləri fasiləsiz işləməsi, sabit fəaliyyət göstərməsi milyonlarla müştəriyə xidmət göstərməsində müsbət amil hesab olunur. Kapital Bank-ın ölkə üzrə 600-dək bankomatı, 9000-dək POS terminalı mövcuddur.

07.07.2017 13:16

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ