Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycan Gürcüstanın yanacağa olan tələbatının 14%-ini ödəyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Gürcüstanın yanacağa olan tələbatının 14%-ini ödəyir

2017-ci ilin iyun ayında Gürcüstan 85 min ton neft məhsulu idxal edib ki, bu da 2016-cı ilin müvafiq ayı ilə müqayisədə 6 min ton və ya 0,7% azdır.

 

Cari ilin I yarısında Gürcüstan 456,7 min ton benzin və dizel yanacağı idxal edib. Başqa sözlə, qonşu ölkəyə ötən ilin müvafiq dövrü ilə müqayisədə 62,6 min ton və 13,7% çox benzin və dizel yanacağı idxal olunub. Ötən ay Gürcüstana 39 min ton benzin, 46 min ton dizel yanacağı gətirilib.

 

İdxalın böyük hissəsi Rumıniyanın payına düşür. Belə ki, Gürcüstan Rumıniyadan 29 min ton yanacaq alıb ki, bu da ümumi idxalın 31,6%-nə bərabərdir. Türkmənistan qonşu ölkəyə 20,3 min ton (23,9%), Bolqarıstan 11,8 min ton (13,9%), Azərbaycan 11,7 min ton (13,8%), Rusiya 9,7 min ton (11,4%), Yunanıstan 4,4 min ton (5,2%), Ukrayna isə 2 min ton (0,2%) yanacaq satıb.
 

İyunda Gürcüstan 1,6 min ton bitum idxal edib.

 

© APA

07.07.2017 13:46

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ