Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Düşmən, Azərbaycan Ordusunun zərbələrinin nəticəsini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Düşmən, Azərbaycan Ordusunun zərbələrinin nəticəsini açıqladı

Azərbaycan Ordusunun erməni silahlı birləşmələrinin döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə atəş zərbələri endirməsi nəticəsində erməni hərbçilərin yaralandığını düşmən tərəfi təsdiqləyib.

 

Reklam_3_11

Ermənistan mətbuatının verdiyi məlumata görə, separatçı rejimin hərbi dairələrindən bildirilib ki, Azərbaycan Ordusunun zərbələri nəticəsində Robert Qasparyan (1969), Ambarsum Arutyunyan (1997) və Vahe Badalyan yaralanıb.

 

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi erməni silahlı birləşmələrinin döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə atəş zərbələri endirdiyi barədə məlumat yayıb.

 

Məlumatda bildirilir ki, Ermənistanın təxribatın və Alxanlı kəndində həlak olan dinc sakinlərin qisasının alınması üçün iyulun 7-də Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə, xüsusilə də taborun müdafiə rayonunda yerləşən seçilmiş hədəflərinə dəqiq atəş zərbələri vurub.

 

"Cəbhənin Füzuli-Xocavənd istiqamətindəki qoşunlarımızın həyata keçirdiyi bu fəaliyyət nəticəsində, ilkin məlumata görə, düşmənin tabor mərkəzinə daxil olan bölmələrin xeyli canlı qüvvəsi məhv edilib, bir neçə döyüş texnikası tamamilə sıradan çıxarılıb və digər hərbi infrastruktur obyektləri dağıdılaraq bərpa olunmaz vəziyyətə salınıb", - deyə məlumatda vurğulanır.

 

© APA

07.07.2017 16:12

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ