Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

SOCAR-AQŞ “Günəşli” yatağında növbəti quyuda qazma işlərinə başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR-AQŞ “Günəşli” yatağında növbəti quyuda qazma işlərinə başlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

SOCAR-AQŞ “Günəşli” yatağındakı 7 saylı stasionar dəniz özülündən 323 saylı quyuda qazma işlərinə başlayıb.

 

Şirkətdən “Marja”ya daxil olmuş məlumata görə, 323 saylı quyunun Balaxanı X horizontuna qazılması planlaşdırılır və quyunun layihə dərinliyi 2770 metr təşkil edir.

 

“Əminik ki, dəyərlərinə daim sadiq qalan SOCAR-AQŞ həmişə olduğu kimi bu və növbəti quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcəkdir”,- Şirkətin məlumatında deyilir.

 

Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

 

SOCAR-AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilmişdir.

 

Hal-hazırda SOCAR-AQŞ dayaz sulu “Günəşli”  yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı, “Ümid” yatağının 1 saylı və “Bulla”  yatağında 6 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ)  qazma işləri aparır.  

07.07.2017 16:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ