Ən yuxarı statik reklam-3_3

ABŞ-da neft quyularının sayı artır

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da neft quyularının sayı artır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32


Dünyada neft sahəsinə xidmət göstərən ən böyük şirkətlərdən biri olan Baker Hughes-un  həftəlik məlumatlara görə, Amerikanın neft sənayesində bu həftə 7 yeni neft quyusunun qazılmasına başlanıb və qazılan quyuların sayı 763-ə yüksəlib. Qazılan neft quyuları yaxın gələcəkdə hasilatın daha da artmasına səbəb ola bilər.
 


Beləliklə, ölkədə qazılan neft quyularının sayı son 25 həftənin 24-ündə artb.Yanvar ayında 522 olan qazılan quyuların sayı son 25 həftədə 46 faiz artıb.

Reklam_3_11


 
 ABŞ-da qazılan quyuların sayı 2014-cü ilin Oktyabr ayında 1609 ilə ölkə tarixindəki ən yüksək səviyyəsinə qalxmışdı. Aşağı neft qiymətlərinin Amerikanın neft sənayesinə mənfi təsir etməsilə ötən ilin may ayında 316-ya geriləyərək  80%  azalma qeyd etmişdi.


 
NEFT HASİLATI ARTIR

 


ABŞ-ın xam neft hasilatı də son 20 həftənin 17-sində artım göstərib.
 


ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) dünən açıqlanan məlumatlarına görə, ötən ilin oktyabr ayında gündəlik orta hesabla 8,45 milyon barelə qədər geriləyən ABŞ-ın xam neft istehsalı, son 20 həftənin 17-sində yüksələrək ötən həftə gündəlik orta hesabla 9,34 milyon barrel olub.


 
EIA-nın iyun ayı hesabatına görə isə, ABŞ-ın xam neft hasilatının bu il gündəlik orta hesabla 9,3 milyon barrel, gələn il də 10 milyon barrel olması gözlənilir.


 
NEFT 3 FAİZ UCUZLAŞDI


 
ABŞ-da qazılan neft quyularının sayındakı artımın ardından qlobal bazarda xam neft qiymətləri düşüb.


 
 Baker Hughes-in məlumatlarının ardından, Brent növü nrftin barrel qiyməti 3,1 faiz azalma ilə 46,55 dollardan, Qərbi Texas neftinin barrel qiyməti də 3,1 faiz düşərək 44,05 dollardan ticarət olunub.
 

08.07.2017 06:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ