Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Made in Azerbaijan brendi Afrikada

iç səhifə xəbər başlığı altı (mobil)_31
Made in Azerbaijan brendi Afrikada

Cibutidə fəaliyyət göstərən məhşur “Casino”, “Al-Gamil” və “Cash Center” supermarketlərində Afrikada ilk dəfə olaraq, Azərbaycan məhsullarının satışı həyata keçirilir.

 

Qeyd edilməlidir ki, “Casino” fransız, “Al-Gamil” isə Birləşmiş Ərəb Əmirliklərinin supermarketləri şəbəkəsinə aiddir.

 

Azərbaycan istehsalçılarının - Gilan Holding, Azersun Holding şirkətlər qrupu, Aznar QSC, Az-Granata MMC, Delta Group, Şami Keçi Fermasi MMC, Xurcun şirkətlərinin istehsalı olan şirələr, çaylar, konservləşdirilmiş tərəvəz məhsulları, quru meyvələr və Gazelli Group şirkətinin təbii kosmetika məhsulları həm yerli həm də Cibutidə yaşayan çoxsaylı xaricilərə təklif olunur. Həmçinin ölkəmizin istehsalı olan yeyinti məhsulları ilə yanaşı, kənd təsərrüfatı məhsulları satışa çıxarılıb. Belə ki, ölkəmizdə yetişdirilən meyvələr alma, armud, qarpız, o cümlədən tərəvəz məhsulları xiyar, pomidor, kök, çuğundur, soğan və kələm qeyd olunan supermarketlərdə alıcılara təqdim olunur.

 

Qeyd olunan məhsullarımız “Silk Way Airlines”ın Bakı-Cibuti bir başa yük aviareysləri vasitəsilə “Made in Azerbaijan” brendi adı altında Cibutiyə gətirilib.

 

© Trend

08.07.2017 07:50

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ