Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bazarın bir nömrəli gündəmi Yellen olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bazarın bir nömrəli gündəmi Yellen olacaq

Bazarların gözü Yellendə olacaq

 

ABŞ-da İyun ayı kənd təsərrüfatı xaric məşğulluq göstəricisindən sonra bu həftə Fed sədri Janet Yellenin çıxışı bazarlar tərəfindən maraqla gözlənilir.


 
"Marja" xəbər verir ki, Yellen Çərşənbə və Cümə axşamı günləri Nümayəndələr Palatasında yarımillik hesabat verəcək. Fed sədrinin məşğulluq göstəricisi və pul siyasətinə dair mesajları əhəmiyyətli olacaqdır.


 
ABŞ-da Cümə günü açıqlanan məlumata görə, kənd təsərrüfatı xaric məşğulluq İyunda 222 min ilə proqnozdan çox artmışdır. Lakin, Fed-in inflyasiya baxımından diqqətlə izlədiyi orta saatlıq maaşlar iyunda 0.3% artım gözləntisinə qarşı 0.2% yüksəlmiş, illik maaş artımı isə 2.5%-də sabit qalmışdır.


 
Mütəxəssislər aşağı çıxan orta saatlıq maaşlar rəqəminə baxmayaraq Fed-in siyasətində dəyişiklik olmayacağını və ilin sonuna qədər daha bir dəfə faiz artıracağını nəzərdə tuturlar.
 

100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN


Bu həftə digər Fed rəsmilərinin də çıxışları gözlənilir. Bazar ertəsi günü San-Fransisko Fed sədri John Williams, Çərşənbə Axşamı günü Fed-İn İdarə Heyətinin üzvü Lael Brainard və Minneapolis Fed sədri Neel Kashkari, Çərşənbə günü Kanzas Siti Fed sədri Esther George, cümə axşamı Çikaqo Fed sədri Charles Evans, Cümə günü isə Dallas Fed sədri Robert Kaplan danışacaq.


 
Bunlarla yanaşı Fed-in Bej Kitab hesabatı, inflyasiya və pərakəndə satış məlumatları açıqlanacaq.

09.07.2017 15:26

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ