Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Eldar Əlimuradov: “Qatar Airways”ın yeni reysləri açılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Eldar Əlimuradov: “Qatar Airways”ın yeni reysləri açılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İyunun 7-də “Qatar Airways” şirkəti jurnalistlərlə əlaqaləri daha da inkişaf etdirmək məqsədilə onlarla səhər yeməyi süfrəsi arxasında səmimi görüş keçirmişdir.

 

“Marja” xəbər verir ki, görüşdə şirkətin əməkdaşları – Ələkbər Eyvazov və şirkətin Azərbaycan üzrə kommersiya meneceri Eldar Əlimuradov dəvəti qəbul etdiyi üçün jurnalistlərə öz təşəkkürünü bildirmiş, həmçinin şirkətin nəzərdə tutulan yenilikləri haqqında məlumat vermişlər.

 

Bildirilmişdir ki, hazırda 4 ölkəyə (Bəhreyn, Səudiyyə Ərbəsitanı, BƏƏ və Misir) uçuşlar dayansa da, digər ölkələrlə uçuşlar olduğu kimi qalmaqdadır.

 

“Biz artıq yeni istiqamətlərdə də fəaliyyətimizi genişləndirmək niyyətindəyik. Bu yaxınlarda “Qatar Airways”ın yeni reysləri açılacaq. Artıq bu haqda razılıq da əldə olunub. Bunlar Praqa və Kiev üzrə olacaqdır. Bu uçuşlar Doha vasitəsilə baş tutacaqdır. Bakı üzərindən uçuşlar yalnız Tiflisə həyata keçirilir. Doha üzərindən isə 150-dən çox istiqamətdə uçuşlarımız təşkil olunur”, - deyə Eldar Əlimuradov qeyd etmişdir. 

09.07.2017 17:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ