“Norm”un satış gəlirində ikiqat artım
2015-ci ildə Azərbaycanın ən böyük sement istehsalçısı “Norm” MMC-nin satışdan cəmi gəlirləri 101 milyon 379 min manat təşkil edib. Bu, 2014-cü illə müqayisədə təxminən 2 dəfə çoxdur.
“Marja” MMC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, 2014-cü ildə “Norm”un satışdan cəmi gəlirləri 51 milyon 880 min manat təşkil etmişdi.
101 milyon 379 min manatlıq satışının maya dəyəri 59 milyon 127 min manat təşkil etdiyindən şirkətin xalis gəliri 42 milyon 252 min manat olub.
İnzibati xərclər, məzənnə dəyişməsi nəticəsində yaranmış 45 milyon manatlıq zərər və digər xərclər ilə əlaqədar olaraq, “Norm”ın cəmi xərcləri gəlirlərindən çox olub və şirkət ili 29 milyon 428 min manat zərər ilə başa vurub.
31 Dekabr 2015-ci il tarixinə “Norm” MMC 220 milyon 375 min manat cəmi aktivlərə, 109 milyon 43 min manat cəmi öhdəliklərə və 160 milyon 513 min manat cəmi kapitala malik olub.
“Norm” MMC “Deloitte” tərəfindən yoxlanılaraq rəy verilib.
Qeyd edək ki, istehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 30 d. əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
3 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 4 saat əvvəl
-
4 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
5 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl