Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Təbii qaz qiymətləri də düşəcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Təbii qaz qiymətləri də düşəcək"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

"Bu gün ABŞ dünyanın ən iri neft və qaz istehsalçısına çevrilib. Düşünürəm ki, qarşıdakı illər ərzində ABŞ bu sahədə liderliyini daha da gücləndirəcək. Bu isə həm iqtisadi, həm də geosiyasi sahədə üstünlük deməkdir. Bunu Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol İstanbulda keçirilən XXII Dünya Neft Konqresində çıxışı zamanı bildirib.

 

Onun sözlərinə görə, qarşıdakı 5 il ərzində ABŞ dünyanın ən iri təbii qaz ixracatçılarından birinə çevrilə bilər: "Bu dövr ərzində ABŞ Qətər, Rusiya kimi ölkələrin sırasına yüksələ biləcək. Bu isə təbii qaz hasilatçıları və ixracatçıları arasında rəqabəti artıracaq. Güclənən rəqabət qiymətlərin azalmasına səbəb olacaq. Bu isə Türkiyə kimi ölkələr üçün əlverişlidir. Vətəndaşımız təbii qazı daha ucuz alacaq. Bundan başqa, hadisələrin bu cür inkişafı Rusiya qazına güclü alternativin yaranmasına səbəb olacaq".
 

Türkiyənin strateji bölgədə yerləşdiyini deyən F.Birol bunları əlavə edib:

 

"Türkiyə dünyanın ən qaynar nöqtələrindən birində yerləşir. Qonşu ölkələrdəki siyasi proseslər Türkiyəyə də təsirsiz ötüşmür. Türkiyənin enerji təhlükəsizliyinin təmin olunması olduqca önəmli məsələdir. Türkiyə təbii qazın böyük əksəriyyətini bir ölkədən, yəni Rusiyadan alır. Rusiya dünyanın ən önəmli enerji ölkələrindən biridir. Amma bir ölkədən bu qədər asılı vəziyyətdə olmaq düzgün deyil və bu məsələdə diqqətli olmaq lazımdır. Türkiyə enerji təhlükəsizliyini təmin etmək istəyirsə, qaz mənbələrini diversifikasiya etməli, bir ölkədən asılılığını azaltmalıdır. Əslində Türkiyə bu istiqamətdə zəruri addımlar atmaqdadır".

 

© APA

10.07.2017 07:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ