Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

AGBank daha sürətli və keyfiyyətli xidmət göstərəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
AGBank daha sürətli və keyfiyyətli xidmət göstərəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın aparıcı banklarından biri olan AGBank ASC müştəri məmnuniyyətini artırmaq, aparılan əməliyyatların effektivliyini yüksəltmək məqsədilə mövcud əməliyyat sistemində təkmilləşdirmə işlərini yekunlaşdırıb. Belə ki, bankda mövcud T24 bank sisteminin daha təkmil modelinin tətbiqinə start verilib. Bu barədə “Marja”ya Bankdan bildirilib.

 

Reklam_3_11

AGBank ASC-də elektron infrastrukturun strateji inkişafı çərçivəsində mövcud T24 sistemində təkmilləşdirmə aparılıb.

 

Bu yenilik sayəsində AGBank müştəriləri daha qısa müddət ərzində daha yüksək keyfiyyətli xidmət əldə edəcəklər. Sistemin yenilənmiş variantı əməliyyatların aparılması vaxtını qısaldır, onların müxtəlifliyini artırır. Təkmilləşdirmə sayəsində sistemdə riskləri minimallaşdırmaq, hesabatları və xərcləri optimallaşdırılmaq mümkün olacaq.

 

Artıq bankın bütün şöbə və filiallarında T24 sisteminin təkmil variantı tətbiq edilir. Bu sistemdən kredit və depozitlər, hesab üzrə əməliyyatlar və ödənişlər, kassa xidməti, maliyyələşmə ilə bağlı əməliyyatların hamısında istifadə olunur. T24 modeli əməliyyatların fasiləsiz olaraq - həftənin 7 günü, sutkanın 24 saatı aparılmasına şərait yaradır. Sistem əməliyyat risklərini azaltmağa, informasiya texnologiyalarının inkişafı və dəstəklərməsinə lazım olan xərcləri azaltmağa imkan verir.

 

T24 Model- avtomatlaşdırılmış bank sisteminin proqram təminatıdır. Bu sistem Temenos şirkətinin ən yaxşı praktik təminatlarından biri sayılır. Dünyanın 150-yə yaxın ölkəsində 1000-dən çox maliyyə qurumunda uğurla tətbiq olunur. Bu proqram fərdi və korporativ biznesin, o cümlədən irimiqyaslı özəl kapitalın idarəolunmasında, mikromaliyyələşdirmədə, universal banklar və İslam banklarında işlədilir. Qeyd etmək istərdik ki, AGBank ASC 2011-ci ilin Mart ayından T24 sistemini istifadə edir.

 

"Dünyanın aparıcı bankları bazarın tələbatına uyğun hazırlanmış innovasiya məhsul və xidmətləri uğurla reallaşdırmaq üçün T24 sistemindən istifadə edirlər. Mövcud maliyyə bazarında məhz AGBank ASC-nin T24 sistemini təkmilləşdirməsi bankın müştərilərin istəklərini maksimum effektiv dərəcədə ödəmək niyyətində olduğunun göstəricisidir",- Bankın məlumatında deyilir.

 

1992-ci ildə fəaliyyətə başlayan və Azərbaycanın 10 aparıcı banklarının siyahısına daxil olan AGBank, bu il özünün 25-ci yubiley ilinə qədəm qoyub.

10.07.2017 08:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ