Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

SOCAR dövlət büdcəsinə və DSMF-yə ödənişləri artırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR dövlət büdcəsinə və DSMF-yə ödənişləri artırıb

SOCAR tərəfindən 2017-ci ilin iyun ayında dövlət büdcəsinə 115,724 mln. manat vəsait ödənilib.

 

Reklam_3_11

SOCAR-dan  verilən məlumata görə, bu göstərici 2016-cı ilin iyun ayı ilə müqayisədə 16,764 mln. manat və ya 16,9% çoxdur.

 

Ümumiyyətlə, cari ilin yanvar-iyun aylarında büdcəyə 785,612 mln. manat vəsait ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 123,870 mln. manat və ya 18,7% çoxdur.



Bundan əlavə, 2017-ci ilin iyun ayında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) SOCAR tərəfindən 11,832 mln. manat vəsait köçürülüb. Cari ilin yanvar-iyun aylarında SOCAR tərəfindən Fonda ödəniş 74,292 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin yanvar-iyun ayları ilə müqayisədə 4,76 mln. manat və ya 6,8% çoxdur.

 

©APA

10.07.2017 10:44

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ