Azərbaycanın traktor ixrac edəcəyi ölkələr artacaq

Azərbaycan və Belarus arasında Gəncə Avtomobil Zavodunda yığılan traktorların üçüncü ölkələrə ixracının genişləndirilməsi imkanı müzakirə olunur.

 

“2007-ci ildən etibarən GəncəAvtomobil Zavodunda Belarus texnologiyaları ilə 8 mindən artıq traktor buraxılıb. Bundan başqa, qeyd olunan dövr ərzində 3,5 mindən artıq ədədMAZ qoşquları istehsal edilir”, - deyə Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç bildirib.

 

Onun sözlərinə görə, bu mərhələdə zavodun məhsulları bir sıra üçüncü ölkələrə, o cümlədən, Gürcüstana tədarük edilir.

 

“Eyni zamanda, həmin məhsulların digər ölkələrə də ixracına dair danışıqlar aparılır. Kommersiya maraqları ilə əlaqədar ölkələrin adlarını açıqlamıram”, - deyə səfir əlavə edib.

 

G.Axramoviç vurğulayıb ki, hazırda “Belarusa tədarük oluna biləcək məhsulların istehsalının digər detallarının” işlənməsi imkanı müzakirə olunur.

 

©İnterfaks-Azərbaycan

28 Dekabr 2017, 13:24   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]