Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Cənub Qaz Dəhlizi layihəsi genişlənə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Cənub Qaz Dəhlizi layihəsi genişlənə bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın təsdiq olunmuş təbii qaz ehtiyatları 2,6 trln. kubmetrdir və bu ehtiyatlar yaxın onilliklər ərzində həm region ölkələrini, həm də Avropa ölkələrini qazla təmin etməyə imkan verəcək”.

 

Bu açıqlama ilə Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən XXII Dünya Neft Konqresində çıxış edib.

 

“Azərbaycan Cənub Qaz Dəhlizi kimi meqalayihə üzərində çalışır. Hazırda bu layihədə 7 ölkə iştirak edir. Amma gələcəkdə daha 3 Balkan ölkəsinin bu layihəyə qoşulması, layihənin miqyasının genişlənməsi mümkündür”, - deyə dövlət başçısı qeyd edib. 

 

Ərdoğan: "Cənub Qaz Dəhlizi" Türkiyə üçün prioritetdir"

 

"Tikinti başa çatan və inşası davam etdirilən enerji layihələri Türkiyənin strateji mövqeyini və rolunu bir daha üzə çıxardı". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən XXII Dünya Neft Konqresində çıxışı zamanı bildirib.

 

Ölkə başçısı Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrinin önəminə xüsusi diqqət çəkib.

 

Ərdoğan qeyd edib ki, hazırda Türkiyə üçün prioritet olan əsas layihələrdən biri "Cənub Qaz Dəhlizi"dir: "Bu layihənin əsas hissələrindən biri olan TANAP vasitəsilə ilkin mərhələdə Azərbaycandan Türkiyəyə 6 mlrd. kubmetr, Avropaya isə 10 mlrd. kubmetr qaz ixrac olunacaq. TANAP gələn ilin ortalarında istismara veriləcək. Gələcəkdə Xəzər, hətta Yaxın Şərq regionunun digər ölkələri də bu layihəyə qoşula bilər. Beləliklə, ölkəmizə və Avropaya əlavə həcmdə təbii qaz ixracı üçün imkanlar yaranır. TANAP-ın davamı olan TAP layihəsi isə 2020-ci ildə istismara veriləcək. Dəyərli dostum Azərbaycan prezidenti İlham Əliyevin və "Cənub Qaz Dəhlizi"nin iştirakçısı olan digər ölkələrin və şirkətlərin siyasi iradəsi bu layihənin icrasında olduqca əhəmiyyətlidir və bu iradənin mövcudluğu məni sevindirir".

 

© Report, APA

10.07.2017 12:19

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ