Bu ölkələrin valyutalarının dəyəri Azərbaycana daha çox təsir edə bilər

Rusiya və Türkiyənin milli valyutalarının dəyərinin dəyişməsi Azərbaycana daha çox təsir edə bilər. Belə ki, Rusiya və Türkiyə Azərbaycanın ən iri ticarət tərəfdaşlarıdır.

 

“Marja” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, Azərbaycan ən çox malları Rusiya (661,5 milyon dollar), Türkiyə (574,2 milyon dollar) və Çindən (335,4 milyon dollar) idxal edib.

 

Azərbaycanın ən çox mal ixrac etdiyi ölkələr isə İtaliya (1,2 milyard dollar), Türkiyə (615,5 milyon dollar), Çin (340,5 milyon dollar) və Rusiyadır (289,8 milyon dollar).  Azərbaycanın ixracı əsasən neft və qaz ilə bağlıdır.

 

Birinci yarım ildə Azərbaycanın Rusiyadan idxalı 19,4%, Türkiyədən idxalı isə 16,8% artıb.

 

Rusiya və Türkiyənin milli valyutalarının dəyər qazanması Azərbaycana bu ölkələrdən idxal olunan malların bahalaşmasına, dəyərdən düşməsi isə ucuzlşamasına səbəb olur. İxracda isə tərsinə proses baş verir.

10 İyul 2017 , 15:42   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin