Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Teleradio"da 1,12 milyon manatlıq zərər

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Teleradio"da 1,12 milyon manatlıq zərər

31-ci dekabr 2016-cı il tarixinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Teleradio" İstehsalat Birliyinin aktivləri 2015-ci illə müqayisədə 5,26% azalaraq 17,571 mln. manata çatıb.

 

Reklam_3_11

Bu barədə 2016-cı il üzrə maliyyə hesabatında qeyd edilib. Hesabat "PricewaterhouseCoopers Azerbaijan LLC" ("PwC Azerbaijan") audit şirkəti tərəfindən aparılıb.

 

Aktivlərin 14,369 mln. manatı uzunmüddətli, 3,202 mln. manatı isə qısamüddətlidir.

 

Hesabat dövründə birliyin öhdəlikləri 7,97% artaraq 1,95 mln. manat təşkil edib. Öhdəliklərin 755,220 min manatı uzunmüddətli, 1,195 mln. manatı isə qısamüddətlidir.


Nizamnamə kapitalı dəyişməyərək 8 mln. 359,428 min manat olaraq qalıb. Birliyin cəmi kapitalı 6,68% azalaraq 15,621 mln. manata enib.

 

"Teleradio" İB 2016-cı ili 1 mln. 118,845 min manatlıq zərərlə başa vurub. 2015-ci ilin sonuna İB-nin zərəri 1 mln. 547,233 min manat təşkil edib.

 

© APA

10.07.2017 14:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ