Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"ABŞ nefti bazarda bolluq yaradacaq, qiymətlər düşəcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"ABŞ nefti bazarda bolluq yaradacaq, qiymətlər düşəcək"

Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol 22-ci Dünya Neft Konqresində "Bloomberg"in suallarını cavablandırıb.


 
Birol ABŞ-ın həm təbii qazda, həm neft də dünyanın iri istehsalçı vəziyyətinə gəldiyini deyib.  Bunun da şist qazı və şist nefti inqilabı olduğunu bildirən Birol, ABŞ-ın təkcə şist nefti istehsalının İraq səviyyəsinə çatdığını qeyd edib.


 
"ABŞ ŞİST QAZI İSTEHSALINDA SUPER GÜC OLDU"


 
Birol "ABŞ-ın məhz şist qazından istehsal etdiyi qaz 2 Qətər səviyyəsinə çatıb, ABŞ tezliklə öz ölkəsindəki qaz ehtiyaclarını qarşılayacaq və çox yaxında mühüm qaz ixracatçısı halına gələcək, yəni ABŞ neft və qazda şist qazı və neftinin istehsal artımı ilə super güc halına gəldi" deyib.


 
 "ABŞ NEFTİ QİYMƏTLƏRƏ TƏZYİQ YARADACAQ"


 
 ABŞ-ın neft istehsalının bu qədər artmasının neft qiymətlərini aşağı saldığını qeyd edən Birol "OPEC ölkələri neft hasilatını məhdudlaşdıraraq qiymətləri artırmaq üçün əhəmiyyətli qərar verdilər. Amma ABŞ-ın şist nefti ilə bazarda qıtlıqdan çox bolluq var. O baxımdan qiymətlər də düşmüşdür. ABŞ nefti bazara bolluq gətirəcək, bu da qiymətlərdə aşağı istiqamətli təzyiq yaradacaq" deyib.

10.07.2017 15:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ