Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Neftin qiyməti Novakın açıqlamaları ilə geriləyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neftin qiyməti Novakın açıqlamaları ilə geriləyir

Dünya bazarında neftin qiyməti Rusiyanın energetika naziri Aleksandr Novakın bugünkü açıqlamalarından sonra azalmağa başlayıb.

 

Reklam_3_11

 RİA "Novosti" xəbər verir ki, bu gün İstanbulda keçirilən XXII Dünya Neft Konqresində iştirak edən rusiyalı nazir jurnalistlərə açıqlanamsında OPEC və ona üzv olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı anlaşmasından çıxışın məqsədəuyğun olduğunu və bunun bir neçə ay zaman alacağını deyib: "Bu qərar hasilatın tədricən bərpa edilməsi anlamına gəlir. Bu, nazirlərin görüşündə müzakirə olunmalıdır".


Qeyd edək ki, Novakın açıqlamalarından sonra "Brent" markalı neftin qiyməti 1,2% azalaraq 46,15 dollar/barelə düşüb. 


İyulun 12-də ABŞ-ın neft ehtiyatları və neft hasilatı ilə bağlı göstəricilərin açıqlanmasından sonra qiymətlərin bir qədər də düşərək 42 dollar/barelə çata biləcəyi gözlənilir. Qiymətlərin yüksəlməsi üçün iyulun 24-də Sankt-Peterburq şəhərində keçiriləcək neft hasil edən ölkələrin neft nazirlərinin sammitində önəmli qərarın qəbul olunması vacibdir. Son əldə olunan məlumatlara görə, sammitdə son aylar hasilatı sürətlə artıran Liviya və Nigeriyanın da anlaşmaya qoşulması məsələsi müzakirə ediləcək. Qeyd edək ki, bu iki ölkə OPEC+ anlaşmasından azad olunub. Belə ki, onlar ölkələrində baş verən siyasi problemlər səbəbindən son illər hasilatı xeyli dərəcədə azaltmışdılar.

 

© Report

10.07.2017 16:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ