Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Türkiyədə qəhvəyi yumurtanın qiyməti cib yandırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyədə qəhvəyi yumurtanın qiyməti cib yandırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qida dəyəri, ləzzət və bişmə xarakteristikaları baxımından ağından heç bir fərqinin olmamasına baxmayaraq, istehlakçıların böyük tələbi səbəbilə qəhvəyi yumurtanın qiyməti Türkiyə bazarlarında  1,5 lirəyə çatıb.

 

Türkiyədə yumurta istehsalçıları bazara ağ yumurtanı 27,5, qəhvəyi rəngdə olan yumurtanı isə 30,5 kuruşdan verirlər.

 

Həmin yumurtalardan ağ marketlərdə  75 kuruşa satılarkən, qəhvəyi rəngdəki yumurta 1,5 lirəyə qədər çıxır. 

 

İstehlakçıların intensiv tələbi ilə əlaqədar olaraq qəhvəyi yumurtalar cib yandırır.

 

Yumurta İstehsalçıları Birliyinin sədri Faruk Kula, ağ ilə qəhvəyi yumurta arasındakı fərqin tamamilə irqlərdən qaynaqlandığını, eyni yerdə, eyni yemlə qidalanan iki irqin birinin ağ, digərinin qəhvəyi yumurtladığını bildirib.

 

Faruk Kula, "Qəhvəyi yumurta, kənd yumurtası olaraq satışa təqdim olunur. Bu, heç bir zaman kənd yumurtası deyil, irqdən qaynaqlanan bir yumurtadır. O yumurtaları da biz veririk bazara. Bizdən alıb bundan haqsız qazanc əldə edənlər var",- deyə bildirib.

 

 Ağ yumurta ilə qəhvəyi yumurta arasında qida dəyəri olaraq heç bir fərq olmadığını vurğulayan Kula, belə davam edib:

 

"Dad və qidalanma dəyəri baxımından qəhvəyi və ağ yumurta arasında heç bir fərq yoxdur. Nə qəhvəyi yumurta daha yaxşıdır, nə də ağ yumurta. İkisi də bərabərdir. Qəhvəyi yumurta daha sağlam olduğu üçün bahalı deyil. Ağ yumurtaya nisbətən daha baha satılmasının səbəbi, istehlakçı seçimidir" .

28.12.2016 10:53

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ