Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan şirkəti Kolumbiyada iri nar bağlarının salınmasında iştirak edə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan şirkəti Kolumbiyada iri nar bağlarının salınmasında iştirak edə bilər

Tərkibi mikroelementlərlə zəngin olan, xüsusi dada malik Azərbaycan narı bu gün dünyada analoqu olmayan meyvədir və hər il Rusiyaya, Belarusa, Kanadaya, Yeni Zelandiyaya, Gürcüstana, Birləşmiş Ərəb Əmirliklərinə, Koreya Respublikasına və digər ölkələrə ixrac olunur. Təsadüfi deyil ki, təbii iqlim şəraiti nisbətən uyğun olan bir sıra ölkələr yeraltı və yerüstü sərvətləri ilə zəngin olan Azərbaycanın həm də narı ilə maraqlanır, öz ölkələrində təsərrüfatın bu sahəsini yaratmaq istəyirlər.

 

Kolumbiya Respublikası da məhz bu ölkələrdəndir. “Marja” xəbər verir ki, Azərbaycanda səfərdə olan Kolumbiya Respublikasının xarici işlər naziri xanım Mariya Anxela Olqin narçılıq təsərrüfatları ilə tanış olmaq, öz ölkəsində bu cür təsərrüfatlar yaratmaq imkanlarını öyrənmək məqsədilə Kürdəmirə gəlib və rayonun Karrar qəsəbəsindəki “Mars FK” MMC-yə məxsus 472 hektar sahədə məhsuldar bağla tanış olub.

 

Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov, sahibkar Arif Qaraşov, Azərbaycan Nar İstehsalçıları Assosiasiyasının sədri Vaqif Tağıyevlə görüşən kolumbiyalı diplomat onlardan narçılıq təsərrüfatı, onun avtomatlaşdırılan idarəetmə sistemi, becərmə texnologiyası barədə ətraflı məlumat alıb.

 

Qonağa məlumat verilib ki, təsərrüfatda gülöyşə, şah nar, meyxoş, vələs və sair olmaqla 6 növ nar bağı mövcudur. Hər növün özünəməxsus dadı və tərkibi var. Azərbaycan narına böyük marağın göstərildiyi qeyd olunaraq məlumat verilib ki, hələ ötən əsrin 20-ci illərinin əvvəllərində Göyçay qəzasından aparılan tinglərlə ABŞ-ın Kaliforniya ştatında böyük plantasiyalar salınıb. Kolumbiyanın Azərbaycandakı səfiri Marta Qalindo Pena isə ölkəsində narçılığa böyük maraq göstərildiyini, bu sahənin yaxşı gəlir verə biləcəyini söyləyib. O, ümidvar olduğunu bildirib ki, azərbaycanlı bağbanlar, lazım gələrsə, bu işdə onlara kömək edərlər. Kürdəmirli sahibkar təsərrüfatlarında istənilən qədər ting yetişdirməyə və Kolumbiyada iri nar bağlarının salınmasına hər cür kömək göstərməyə hazır olduqlarını bildirib.

11.07.2017 05:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ