"Azərbaycandan neft almağımızda siyasi çalarlar axtarmaq lazım deyil”

“Belarusun Azərbaycandan neft almasında siyasi çalarlar axtarmaq lazım deyil”.

 

Bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç keçirdiyi mətbuat konfransında deyib.

 

"Bizim iki neft emalı zavodumuz var. Onlar postsovet məkanında ən müasir müəssisələrdir. Hazırda bu zavodlar Avro-6 standartına uyğun yanacaq istehsal etməyə hazırlaşır. Burda söhbət Azərbaycandan gələn neftin bu müəssisələrdə emal edilməsindən və yüksək keyfiyyətli benzini Azərbaycan istehsalçısına göndərməkdən gedir. Bizim daxili tələbat üçün Azərbaycandan neft almağımız da mümkündür. Hazırda biz müvafiq xammalı sizdən alırıq”, - deyə səfir vurğulayıb.

 

Səfir əlavə edib ki, Belarus artıq Sumqayıtdan 5 mln. dollar dəyərində polietilen alıb. O, alınan məhsulların çeşidinin artırılmasının vacibliyini qeyd edib. 

 

©APA

28 Dekabr 2017, 13:58   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, info@marja.az