Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Botaş” və “Qazprom” “Türk axını”nın maliyyələşdirilməsinə dair razılığa gəliblər

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Botaş” və “Qazprom” “Türk axını”nın maliyyələşdirilməsinə dair razılığa gəliblər

 

Türkiyənin “Botaş” və Rusiyanın “Qazprom” şirkətləri “Türk axını” qaz kəmərinin maliyyələşdirilməsinə dair razılığa gəliblər.

Reklam_3_11

 

Bu barədə RİA Novosti agentliyinə “Botaş” şirkətinin baş direktoru Burhan Özcan bildirib.

 

“Biz artıq “Qazprom”la razılıq əldə etmişik. Lakin hələ ki, mən faizlər ilə bağlı konkret rəqəmləri açıqlaya bilmərəm”, deyə B.Özcan qeyd edib. Onun sözlərinə görə, “Türk axını” boru layihəsinin ikinci xəttinə dair  proses müsbət surətdə davam edir.

 

Xatırladaq ki, tərəflər "Türk axını" layihəsinin reallaşdırılmasına dair hökumətlərarası sazişi 2016-cı il, oktyabrın 10-da imzalayıb. Sənəd Qara dənizin dibi ilə hər biri 15,75 mlrd. kubmetr ötürmə gücünə malik iki magistral qaz xəttinin tikintisini nəzərdə tutur. Bu xətlərdən biri Türkiyə bazarı, digəri isə ölkə üzərindən keçməklə Avropa ölkələri üçün nəzərdə tutulub. İkinci xəttin inşası Avropanın Rusiya qazında maraqlı olmasından asılı olacaq. 

 

© APA 

 

11.07.2017 07:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ