Gəmiləri ilə daşınan yüklər çoxalıb - 4200 vaqon,1542 avtomaşın

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gəmiləri ilə daşınan yüklər çoxalıb - 4200 vaqon,1542 avtomaşın

Ötən ay “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) gəmiləri ilə daşınan yüklərin həcmi çoxalıb.

 

QSC-nin mətbuat xidmətindən bildirilib ki, artım həm maye, həm də quru yüklərdə qeydə alınıb.

 

İyunda 1542 avtomaşın daşınıb. Bunlardan 682-si Ro-Ro, 859-u isə bərə daşımalarının payına düşür. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 146 ədəd çoxdur.

 

Hesabata görə, ötən ay dəniz nəqliyyatı ilə 4200 vaqon daşınıb. Keçən ilin eyni dövründə həmin rəqəm 2758 olub.

 

Əlavə edək ki, sözügedən dövrdə 348 min 522 ton maye, 93463,3 ton quru yük daşınıb.

 

Cari ilin iyununda dəniz nəqliyyatından istifadə edən sərnişinlərin sayında da artım baş verib. Belə ki, ay ərzində 1520 sərnişin daşınıb. Bu da ötən ilin eyni dövrünün göstəricilərinə görə, QSC-yə məxsus gəmilərdən 117 nəfər çox sərnişinin istifadə etdiyini göstərir.

 

Xatırladaq ki, Gəmiçilik daşımalar üçün onlayn sifariş də qəbul edir. Yükün növü, yüklənmə və gediş limanları, ödəyən şəxs və daşınan nəqliyyat vasitəsi barədə məlumatlar daxil edildikdən sonra biletin qiyməti avtomatik hesablanır. Bu sistem istifadəçi üçün vaxt itkisinin qarşısının alınması baxımından çox əlverişlidir. Tariflər qurumun www.acsc.az internet saytında yerləşdirilib.

11.07.2017 07:03

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ