Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Ən böyük ikinci bank müştərilərə 142 milyon dollar təzminat ödəyəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ən böyük ikinci bank müştərilərə 142 milyon dollar təzminat ödəyəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın ən böyük ikinci bankı Uels Fargo-dan (Wells Fargo) verilən açıqlamada "saxta hesab qalmaqalı" çərçivəsində müştərilərə cəmi 142 milyon dollar ödənəcəyi bildirilib.


 
"Marja" xəbər verir ki, Uels Fargonun 2011-ci ildən bu yana 2 milyondan artıq hesabı müştərilərindən icazəsiz və gizli açması ilə bağlı baxılan məhkəmə işində razılığa gəlinib.

Reklam_3_11


 
 Bankdan bildiriblər ki, Şimali Kaliforniya Bölgə Məhkəməsində qaldırılan iddiada Uels Fargonun müştərilərinə ümumilikdə 142 milyon dollar təzminat ödəmək üçün razılığa gəlinib. 


 
Sözügedən miqdar gələcək 3 ay ərzində saxta hesab qalmaqalı çərçivəsində ziyan çəkmiş müştərilərə bölüşdürüləcək. Həmçinin, müştərilərin məhkəmə xərclərini ödəmək üçün Uels Fargonun əlavə olaraq 25 milyon dollar ayırdığı qeyd edilib.


 
 Açıqlamada fikirlərinə yer verilən Uels Fargo-nun icraçı direktoru Tim Sloan, razılaşmanın bankla müştərilər arasında əlaqə üçün müsbət olduğunu vurğulayaraq, Uels Fargonun müştərilərinə güvən verməyə davam edəcəyini bildirib.
 


Mütəxəssislər, Uels Fargonun saxta hesab qalmaqalı çərçivəsində ABŞ daxilində davam edən digər 10 məhkəmə işində də razılaşmanın olacağını güman edir.


 
ABŞ-ın İstehlakçıların Maliyyə Hüquqlarını Qoruma Bürosu, ötən ilin sentyabr ayında, Uels Fargo əməkdaşlarının satış və digər öhdəlikləri yerinə yetirdiklərini göstərmələri üçün 2 milyondan artıq icazəsiz hesab açdığını müəyyən etmiş  və bu hesabların digər müştərilərin hesablarından gizli pul transferi ilə maliyyələşdirildiyini aşkar etmişdi
 


Uels Fargo, qalmaqala qarışan 5300 əməkdaşını  işdən çıxararkən, 185 milyon dollar cəriməyə məhkum edilmişdi.


 
Bankın keçmiş İcraçı direktoru John Stumpf, ictimaiyyətindən və ABŞ Konqresindən gələn təzyiqlər ilə əlaqədar olaraq, ötən ilin oktyabr ayında 41 milyon dollar dəyərindəki Uels Fargo səhmlərindən və 2016-cı il maaşından imtina etmiş, daha sonra da pensiyaya çıxmışdı.

11.07.2017 07:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ