Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“NBC Bank”ın müştərilərinin gözü aydın! - ŞAD XƏBƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
“NBC Bank”ın müştərilərinin gözü aydın! - ŞAD XƏBƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“NBC Bank” əsas göstəricilər üzrə artıma nail olub.

 

Reklam_3_11

“NBC Bank” ASC 2017-ci ilin 1- ci yarısını 1 milyon 340 min manat xalis mənfəət ilə başa vurub.

 

“Marja” Banka istinadən xəbər verir ki, cari ilin yanvar-iyun aylarında Bankın cəmi gəlirləri 8 milyon 882 min manat, cəmi xərcləri isə 6 milyon 179 min manat təşkil edib.

 

Bank 2 milyon 703 min manat əməliyyat mənfəətinin 1 milyon 364 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb. Nəticədə Bankın 1 milyon 340 min manat xalis mənfəəti qalıb.

 

“NBC Bank” 2015 və 2016-cı illərdə məlum iqtisadi çətinliklər ilə əlaqədar olaraq zərər açıqlamışdı.

 

AKTİVLƏRİ VƏ KAPİTALI ARTIB

 

30 İyun 2017-ci il tarixində “NBC Bank” 169 milyon 591 min manat cəmi aktivlərə, 114 milyon 834 min manat cəmi öhdəliklərə, 54 milyon 757 min manat cəmi kapitala malik olub. Ötən ilin sonunda Bank 158 milyon 970 min manat cəmi aktivlərə, 106 milyon 31 min manat cəmi öhdəliklərə, 52 milyon 939 min manat cəmi kapitala malik idi.

 

KREDİT VƏ DEPOZİT PORTFELİ ARTIB

 

Birinci yarımildə “NBC Bank”ın kredit portfeli 120 milyon 975 min manatdan 127 milyon 302 min manata yüksəlib. İlk 6 ayda Bankda depozitlər isə ötən ilin sonundakı 67 milyon 598  min manatdan 69 milyon 411 min manata qalxıb.

11.07.2017 08:34

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ