Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azər Türk Bank-da hər şey "22" oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azər Türk Bank-da hər şey "22" oldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azər Türk Bank bu ay 22 yaşını qeyd edir.

 

Düz 22 il öncə, 1995-ci ildə ulu öndər Heydər Əliyev və Türkiyə Respublikasının ilk qadın baş naziri Tansu Çillərin iştirakı ilə Dövlət Bankının açılış mərasimi baş tutmuşdur.

 

22 ildir ki, müştərilərin etibar etdiyi ünvan iyul ayında   mövcud müştərilərini və Bankın yeni müştərisi olmaq istəyənləri sevindirməyə hazırlaşır. Bildiyiniz kimi ötən həftə Dövlət Bankı öz sosial şəbəkə səhifələrində 22 illiyi münasibətilə izləyicilərinə 22-nin onların ən sevimli rəqəminə çevriləcəyindən xəbər verdi. Bu da düz 22 gün boyunca Bankdan gələcək şad xəbərlərin göstəricisidir.

 

Belə ki, 22 gün, yəni 11 iyul - 1 avqust tarixlərində Dövlət Bankı aşağıdakı şad xəbərlərlə  izləyicilərini sevindirəcək:

 

-Dövlət Bankı Azər Türk Bank düz 22 gün MasterCard biznes və debit kartlarına sahib fiziki şəxs müştəriləri üçün illik xidmət haqlarına ən az 22% endirim tətbiq etmək;

-Depozit qutusu icarəyə götürən müştərlərinin edəcəyi aylıq və ya illik ödənişlərinə 22% endirim tətbiq etmək;

-İyul ayında doğulanlara 1 illik MasterCard Standart kart hədiyyə etmək (AZN/USD/EUR);

-Bankın müştəriləri olmaq istəyənlər üçün cari hesabları pulsuz açmaq;

-POS – terminallar üzrə təyin edilmiş aylıq minimum komissya haqqı ödənişini (30 AZN) 6 ay müddətinə ləğv etmək;

-Minimal məbləği 2 200 AZN əmanət yerləşdirən müştərilərinə depozit qutularını 2 aylıq pulsuz təklif etmək. 

 

Sonda qeyd edək ki, Bank üçün 22 sadəcə rəqəm deyil, Dövlət Bankı Azər Türk Bank-ın tarixi və qazandığı etibardır.

 

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

11.07.2017 09:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ