Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Kənd təsərrüfatı sektorunun girovsuz maliyyələşdirilmə sistemi tətbiq ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kənd təsərrüfatı sektorunun girovsuz maliyyələşdirilmə sistemi tətbiq ediləcək

Maliyyə Sabitliyi Şurası kənd təsərrüfatı sektorunun maliyyələşdirilmə mexanizminin təkmilləşdirilməsinə yönəlmiş tədbirlər planını təsdiq edib.

 

Reklam_3_11

Bu barədə Şuranın Katibliyindən verilən məlumatda deyilir.

 

"Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış və digər dövlət qurumları ilə razılaşdırılmış planın yekun variantı Şuranın iyulun 10-da keçirilmiş iclasında təsdiq edilib", - deyə məlumatda bildirilir.

 

Planda kənd təsərrüfatı üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi, sektora innovativ və girovsuz kreditlərin tətbiqi mexanizmlərinin hazırlanması, aqrar sektora təsir edən risklərin idarə olunması, aqrar sığortanın inkişaf etdirlməsi, aqrar sahəyə investisiya qoyuluşlarının təşviqi, kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə savadlığının artırılması və s. konkret tədbirlər nəzərdə tutulub.

 

“İclasda, həmçinin cari ilin ötən dövründə ölkədə makroiqtisadi vəziyyət, maliyyə sabitliyinin dayanıqlığının dinamikasında müşahidə olunan pozitiv meyllər və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.

11.07.2017 09:27

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ