Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Kapital Bank daha iki yenilənmiş filialını istifadəyə verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kapital Bank daha iki yenilənmiş filialını istifadəyə verdi

Kapital Bank filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində Samux və Goranboy filiallarının yenilənmiş ofislərini istifadəyə verib.

 

 Bankdan “Marja”ya daxil olmuş məlumata görə, yeni konsepsiya əsasında təmir edilən Samux filialı Samux rayonu, Nəbiağalı qəsəbəsi, Nəriman Nərimanov küçəsi, 9 ünvanda yerləşir. Bununla yanaşı yeni konsepsiya əsasında təmir edilən Goranboy filialı isə Goranboy rayonu Heydər Əliyev prospekti, 9 ünvanında fəaliyyətini davam etdirir.

 

Kapital Bank-ın yeni konsepsiya əsasında təmir edilən filialları, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

 

Qeyd edək ki, Kapital Bank filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. Cari il ərzində 4 şəhər (Şuşa, 28 May, Binəqədi və Cəfər Cabbarlı) və 7 region (Şabran, Lerik, Qax, Qəbələ, Bərdə, Samux və Goranboy) filialı yeni konsepsiyaya uyğun əsaslı təmir olunub, yeni Gənclik Mall filialı və Bakı Limanı şöbəsi açılıb. 2017-ci ildə də bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunaraq istifadəyə verilməsi planlaşdırılır. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam etməkdədir.

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 3 şöbəsi ilə müştərilərin xidmətindədir.

28.12.2016 11:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ