Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

DəmirBank-ın kapitalının artırılması və rəhbərliyi haqda açıqlama

iç səhifə xəbər başlığı altı (mobil)_31
DəmirBank-ın kapitalının artırılması və rəhbərliyi haqda açıqlama
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

11 beynəlxalq investor DəmirBank ASC-in məcmu kapitalının artırılmasına qərar vermişdir. Bu barədə "Marja"ya Bankdan bildirilib.

 

Belə ki, məcmu kapitalın əhəmiyyətli dərəcədə artırılması planı Bankın xarici öhdəliyinin (105 milyon USD) 1-ci dərəcəli kapitala çevrilməsini nəzərdə tutur.

 

Beynəlxalq investorlar sırasında Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Qara dəniz Ticarət və İnkişaf Təşkilatı, German DEG (KfW Group), Hollandiya Maliyyə Təşkilatı (FMO), İsveçrə responsAbility Investments AG, OPEK Beynəlxalq İnkişaf Fondu və digər maliyyə nəhəngləri yer alır.

 

29 İyun 2017-ci il tarixində kompleks yenidən kapitallaşma planı maliyyə nizamlayıcısı MBNP-in (Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası)  diqqətinə çatdırılıb.

 

Razılaşdırılmış təklifə əsasən, beynəlxalq investorlar Azərbaycanın maliyyə sektorunda əsas beynəlxalq oyunçulardan biri olmaq üçün inkişaf etdiriləcək DəmirBank-ın əsas səhmdarları olacaqlar.

 

Bundan əlavə DəmirBank rəhbərliyi ictimaiyyətin nəzərinə növbəti məlumatı çatdırır: "Hazırda Bank-ın İdarə Heyətinin sədri Fərid Abuşovun vəzifələrini Oktay Əiyev yerinə yetirir. Bu vəzifəyə müvəqqəti olaraq təyin edilmiş təcrübəli Bankir 25 il ərzində DəmirBank-da İdarə Heyətinin Sədr müavini və Baş direktor kimi vəzifələri uğurla yerinə yetirib".

11.07.2017 09:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ