Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"DəmirBank"a yeni səhmdarlar gəlir, kapitalı neqativdən çıxacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
"DəmirBank"a yeni səhmdarlar gəlir, kapitalı neqativdən çıxacaq

Xəbər verdiyimiz kimi, 11 beynəlxalq investor "DəmirBank" ASC-in məcmu kapitalının artırılmasına qərar vermişdir.   

 

Reklam_3_11

Belə ki, məcmu kapitalın əhəmiyyətli dərəcədə artırılması planı Bankın xarici borclarının (105 milyon dollar = 179 milyon manat) 1-ci dərəcəli kapitala çevrilməsini nəzərdə tutur.

 

Dəmir Bankın 1-ci dərəcəli kapitalının 179 milyon manat artırılması ilə Bankın cəmi kapitalı  təxminən 43 milyon manata qalxacaqdır.

 

“Marja” xəbər verir ki, 2016-cı ildə DəmirBank zərər etdiyindən Bankın məcmu kapitalı neqativ 136 milyon 147 min manata düşmüşdü. Bankın xarici borclarının kapitala çevrilməsi nəticəsində 136 milyon 147 min manat örtüləcək, eyni zamanda, Bankın təxminən müsbət 43 milyon manat cəmi kapitalı yaranacaqdır.

 

Əgər “DəmirBank” bu il mənfəət əldə edib yığılmış zərərini azaldarsa, eyni zamanda nizamnamə kapitalını artırarsa bankın məcmu kapitalı tələb olunan 50 milyon manatı keçə bilər.

 

YENİ SƏHMDARLAR GƏLİR - XARİCİ İNVESTORLARIN NƏZARƏTİNƏ KEÇİR

 

Qeyd edək ki, Beynəlxalq investorlar sırasında Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı (yeni), Qara dəniz Ticarət və İnkişaf Təşkilatı (yeni), German DEG (KfW Group) (yeni), Hollandiya Maliyyə Təşkilatı (FMO), İsveçrə responsAbility Investments AG (yeni), OPEK Beynəlxalq İnkişaf Fondu (yeni) və digər maliyyə nəhəngləri yer alır.

 

"29 İyun 2017-ci il tarixində kompleks yenidən kapitallaşma planı maliyyə nizamlayıcısının - Maliyyə Bazarlarına Nəzarət Palatasının diqqətinə çatdırılıb. Razılaşdırılmış təklifə əsasən, beynəlxalq investorlar Azərbaycanın maliyyə sektorunda əsas beynəlxalq oyunçulardan biri olmaq üçün inkişaf etdiriləcək “DəmirBank”ın əsas səhmdarları olacaqlar",- Bankın bu gün yayadığı açıqlamada deyilir.

 

Hazırda “Dəmirbank”ın nizamnamə kapitalı 21 milyon manatdır. Bu məbləğin 25%-ni və yaxud 5,25 milyon manatını Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), 10%-ni və yaxud 2,1 milyon  manatını Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), qalan 65%-ni və yaxud 13,65 milyon manatını isə Bankın Müşahidə Şurasının sədri Rəhman Hacıyev və onun ailə üzvləri daxil olmaqla yerli səhmdarlar təmin edib. Yəni, hazırda Bankda xarici investorların payı 35% və yaxud 7,35 milyon manatdır.


Yeni kapitallaşma planına əsasən, “Dəmirbank”ın nizamnamə kapitalı 105 milyon  dollar və yaxud bugünkü məzənnə ilə 178,5 mln. manat artırılaraq 199,5 mln. manata çatdırılacaq. Kapital artımı son vaxtlar Azərbaycanın bank sektorunda geniş yayılmış təcrübə - xarici investorlara qaytarılmalı olan borcların adi səhmlərə çevrilməsi yolu ilə həyata keçiriləcək. Bu isə o deməkdir ki, Bankın nizamnamə kapitalında yerli səhmdarların payı 13,65 milyon manat (6,85%) qalacaq, xarici səhmdarların payı isə 185,85 milyon manat (93,15%) olacaq.

11.07.2017 10:18

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ