Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

VTB Azərbaycan kredit borcu olanlara güzəştə getdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
VTB Azərbaycan kredit borcu olanlara güzəştə getdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bank VTB (Azərbaycan) kreditini ödəməkdə çətinliklə üzləşən müştərilərinə borc yükünü azaltmaq və onları dəstəkləmək məqsədilə kreditlərin restrukturizasiyası üzrə yeni proqramını təqdim edir. 

 

Bankdan "Marja"ya daxil olmuş məlumata görə, proqram manat, rubl və dollarda olan bütün növ pərakəndə kreditlər üçün bir sıra güzəştli şərtlər nəzərdə tutur.

 

Restrukturizasiya “Nağd kredit”, “Kredit kartları”, “Girovlu istehlak krediti” və “Avtokredit” kimi məhsullar üzrə mümkündür. Məhsuldan asılı olaraq kreditin faiz dərəcəsi azaldılaraq cəmi 8% təşkil edəcək. Kreditin müddəti isə 48 və 60 ayadək uzadıla bilər.

 

Yeni proqram kreditin restrukturizasiyası üçün ilk dəfə müraciət edənlərə, eləcə də bundan əvvəl borcu restrukturizasiya olanlara aiddir. Təkrar restrukturizasiya zamanı proqramdan borc üzrə gecikməsi 90 günədək olan müştərilər istifadə edə bilər. Qaydalara əsasən, ilk dəfə restrukturizasiya üçün müraciət edənlər üçün borcun müddəti 360 günü keçməməlidir.

 

Müştərilərini dəstəkləmək məqsədi ilə bank VTB (Azərbaycan) yeni proqram çərçivəsində həmçinin əhəmiyyətli endirimlər təklif edir. Bank, restrukturizasiya etdikdən sonra kredit üzrə borcunu gecikmədən ödəməyə hazır olan müştəriləri üçün borcun üzərinə yığılmış faiz borcunun 50%-ni bağışlamaq niyyətindədir.

 

Bundan başqa, yeni restrukturizasiya proqramına görə əsas borcunun 10%-dən az olmayan hissəsini ödəyən və ödəniş qabiliyyətini təsdiqləyən müştərilər dollarda olan kreditlərini manata çevirə biləcək. Bu zaman yeni kredit xətti üzrə faiz dərəcəsi illik 20% təşkil edir.

 

Restrukturizasiya proqramı haqqında daha ətraflı məlumat üçün müştərilər bankın filiallarına müraciət edə və ya 986 qısa nömrə vasitəsi ilə (Azercell abunəçiləri üçün 012 986) əlaqə saxlaya bilər.

11.07.2017 10:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ