Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Araz Supermarket” yerli istehsalçılara dəstək olur

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Araz Supermarket” yerli istehsalçılara dəstək olur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda pərakəndə sektorun inkişafı, xüsusilə supermarket şəbəkələrinin böyüməsi yerli istehsala dəstək olur.

 

Bunu “Marja”ya “Araz Supermarket” MMC-nin direktoru Vüsal Şərifov bildirb.

 

“Bir neçə yerli istehsalçı şirkət öz potensialından kifayət qədər istifadə edə bilmirdi. Çünki onlar istehsal etdikləri məhsulların satışının təşkil olunmasında müəyyən problemlərlə qarşılaşırdılar. Bu problemlər onların maddi durumuna ciddi təsir edərək, şirkətlərin bazardan çıxması həddinə gətirmişdi. Biz bu şirkətlərə “Araz” və “Spar” supermarketlər şəbəkəsi vasitəsilə dəstək olduq. Onlara tam istehsal gücünə keçəcək qədər sifarişlər verərək istehsal həcmini çoxaltdıq. Yerli istehsalçıların məhsullarının satışını şəbəkə olaraq həyata keçirdik. Eyni zamanda öz şəxsi markalarımız olan MASTERO, TAC adı ilə məhsul istehsal etmələrini sifariş etdik. Araz Supermarketlər Şəbəkəsi öz şəxsi markalarını - "private label"larını yaradaraq istehlakçılara yüksək keyfiyyətli, eyni zamanda münasib qiymətli məhsullar təklif edir. Bizim şəxsi markalarımız həm uyğun qiyməti, həm də yüksək keyfiyyəti ilə tez bir zamanda müştəri rəğbəti qazandı və bu da sifarişlərin çoxalmasına, istehsal müəssisələrinin istehsal gücünün artmasına səbəb oldu.”- o deyib.

 

Bəzi ölkələrdə yerli istehsala dəstək məqsədilə yalnız yerli istehsal mallarının satıldığı marketlər şəbəkəsi yaradılır. Şirkət direktoru hesab edir ki, Azərbaycanda yalnız yerli istehsal məhsullarının satıldığı marketlər şəbəkəsinin yaradılması bir qədər tezdir. Bunun üçün yerli məhsulların çeşidi xeyli artmalıdır:

 

“Bir sıra yerli istehsalçılar öz firma mağazalarını yaradırlar və uğur qazananlar da var. Lakin yalnız yerli istehsalçıların məhsullarının satıldığı şəbəkənin yaradılmasına ehtiyac yoxdur. Çünki bu gün müştərilər təlabatı olan bütün istehlak mallarını bir marketə daxil olaraq almaq istəyir. Hazırda yerli istehsalçılar alıcıların bütün ehtiyaclarını ödəyə biləcək çeşiddə və növdə məhsul istehsal edə bilmirlər. Eyni zamanda elə məhsullar var ki, ölkəmizdə onların istehsal müəssisələri yoxdur. Biz “Araz” və “Spar” supermaretlərində əksər yerli istehsalçıların məhsullarını satırıq, eyni zamanda xaricdən idxal olunan məhsullar da təklif edirik”.

 

Vüsal Şərifov qeyd etdi ki, yerli istehsalçılara xüsusi güzəştlər edilir, rəflərdə yerli məhsullar önə çəkilir, eyni zamanda şirkətlərə mağazalar daxilində öz reklamlarını aparmalarına şərait yaradılır.

11.07.2017 12:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ