Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Kapital Bank” 2017-ni 41 milyon manat xalis qazancla yarıladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Kapital Bank” 2017-ni 41 milyon manat xalis qazancla yarıladı

“Kapital Bank” ASC 2017-ci ilin 1-ci yarısını 40 milyon 758 min manat xalis mənfəət ilə başa vurub.

 

“Marja” Bankın yarımillik hesabatlarına istinadən xəbər verir ki, yanvar-iyun aylarında Bankın cəmi gəlirləri 196,4 milyon manat təşkil edib. Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra Bankın 79 milyon 475 min manat əməliyyat mənfəəti qalıb. Əməliyyat mənfəətinin 27 milyon 261 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırılıb. Vergidən öncəki 52 milyon 213 min manat mənfəətdən 11 milyon 455 min manat mənfəət vergisi ödənilib.

 

30 İyun 2017-ci il tarixində Kapital Bank 3 milyard 190 milyon manat cəmi aktivlərə, 2 milyard 919 min manat cəmi öhdəliklərə, 271 milyon 946 min manat cəmi kapitala malik olub. Bank ötən ilin sonunda 2 milyard 923 milyon manat aktivlərə, 2 milyard 606 milyon manat cəmi öhdəliklərə və 317 milyon manat cəmi kapitala malik idi.

 

Ötən ilin sonu ilə müqayisədə Bankın kredit portfeli 1 milyard 203 milyon manatdan 1 milyard 181 milyon manata gerilyəb, depozit portfeli isə 2 milyard 10 milyon manatdan 2 milyard 332 milyon manata qalxıb.

11.07.2017 13:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ