Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Səudiyyənin İyunda hasilat limitini aşdığı bildirildi - neft daha da düşdü

iç səhifə xəbər başlığı altı (mobil)_31
Səudiyyənin İyunda hasilat limitini aşdığı bildirildi - neft daha da düşdü
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bloomberg-in adını açıqlanmasını istəməyən mənbələrə istinadən yaydığı məlumata görə, Səudiyyə Ərəbistanı, OPEC-ə İyun ayında gündəlik 10.07 milyon barrel neft istehsal etdiyi barədə hesabat verib.

  

Reklam_3_11

"Marja" Bloomberg-ə istinadən xəbər verir ki, may ayında gündə 9.88 milyon barel neft hasil edən Səudiyyə Ərəbistanının istehsal limiti, qlobal hasilatın azaldılması müqaviləsinə görə, gündəlik 10.058 milyon barrel idi.  

 
Verilən məlumata görə, Səudiyyə Ərəbistanı, ötən il əldə edilmiş razılaşmadakı limitini 190 min barel aşmışdır.

 

Məlumatın yayılmasından sonra neft qiymətləri düşməkdə davam edib. Brent nefti 1,1% ucuzlaşaraq 46,35 dollara enib.

 

Digər tərəfdən, ABŞ-da xam neft ehtiyatları, beş illik orta göstəricidən 100 milyon barreldən artıq bir səviyyədə qalmaqda davam etdirir. JPMorgan-a görə, ABŞ-da neft istehsalı, qiymətlərin 45 dollar ətrafında qalması ilə daha da arta bilər. Liviya və Nigeriyada artan hasilat da OPEC, Rusiya və digər istehsalçıların (Azərbaycan da daxildir) haslatlarını azaltmalarının təsirini azaldır.

 

Bu gün ABŞ-ın iri investisiya bankı "Goldman Sachs" neftin 40 dollardan aşağı düşəcəyi barədə xəbərdarlıq edib.

11.07.2017 14:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ