Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Dövlət istiqrazlarının gəlirliliyi 10 faiz səviyəsinə düşdü

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət istiqrazlarının gəlirliliyi 10 faiz səviyəsinə düşdü
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

11 iyul 2017-ci il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104016545 ISIN kodlu, 364 gün tədavül müddətli, 20 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

 

Bakı Fond Birjasından “Marja”ya daxil olmuş məlumata görə, hərrac zamanı 13 investor tərəfindən 28 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 76,617,100.00 təşkil etmişdir.

 

Sifarişlər 86.3462 AZN (15.8999%) və 90.9317 AZN (10.0275%) qiymət intervalında təqdim edilmişdir.

 

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 90.1390 AZN (11.0000%), orta ölçülmüş qiyməti 90.2626 AZN (10.8472%) təşkil etmişdir.

 

Qeyd edək ki, bundan öncəki həəracda 364 gün tədavül müddətli dövlət istiqrazları 13,4% ilə yerləşdirilmişdi. İlin əvvəlində dövlət istiqrazlarının faizi 21%-ədək qalxmışdı.

 

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 12.07.2017 (t+1) tarixində həyata keçiriləcəkdir

 

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 20,000,000.00 AZN təşkil edilmişdir.

 

 

İstiqrazların ödəmə tarixi 10.07.2018-ci ildir.

 

11.07.2017 15:54

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ