Ən yuxarı statik reklam-3_3

Şərabçılıq məhsullarının reklamı üzrə qadağalar güvvəyə minir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şərabçılıq məhsullarının reklamı üzrə qadağalar güvvəyə minir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu  Prezident tərəfindən imzalanıb.

 

“Marja” xəbər verir ki, qanuna “Şərabçılıq məhsullarının reklamı” maddəsi əlavə edilib.

 

 Aşağıdakı reklam daşıyıcılarında şərabçılıq məhsullarının reklamı yerləşdirilə bilməz:

 

- tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamı telekommunikasiya qurğularında, dövri mətbu nəşrin üz və arxa qabığında, internet informasiya ehtiyatlarının ön səhifəsində;

 

- yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş mətbu nəşrlərdə, audio və video materiallarda;

 

40%-Ə QƏDƏR ENDİRİMLƏ SƏYAHƏT EDİN!

 

- nəqliyyat vasitələrinin üzərində, habelə onların fəaliyyətini təmin edən binaların, qurğuların üzərində və daxilində (alkoqollu içkilərin pərakəndə satışının həyata keçirildiyi yerlər istisna olunmaqla).

 

-Tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamının açıq məkanda yerləşdirilməsi qadağandır.

 

- Şərabçılıq məhsullarının nümunələrinin paylanılması və dequstasiyası ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə yalnız onların pərakəndə satış yerlərində, ixtisaslaşmış sərgilərin dequstasiya zallarında icazə verilir. Bu reklam aksiyasında yetkinlik yaşına çatmayanlara şərabçılıq məhsullarını pulsuz paylamaq, alkoqollu içki nümunələrini dequstasiya üçün təklif etmək qadağandır.

 

-Tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamı ondan həddən artıq istifadənin sağlamlıq üçün zərərli olması barədə xəbərdarlıqla müşayiət olunmalıdır. Bu xəbərdarlığa reklam sahəsinin 10 faizindən az olmayaraq yer ayrılmalıdır.

 

- Şərabçılıq məhsulları sertifikatlaşdırıldığı halda reklam oluna bilər. Reklamda sertifikatın nömrəsi, verilməsi tarixi və onu verən orqanın adı göstərilməlidir.

 

- Əmtəə satışını stimullaşdıran tədbirlərdə müəyyən əmtəəni satın alana hədiyyə qismində tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsulları təklif oluna bilməz.

 

- Tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarını alanlara hədiyyə qismində başqa əmtəələrin təklifi qadağandır.

11.07.2017 16:36

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ