Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

İqtisadiyyat Nazirliyi Pakistana ixrac missiyasını təşkil edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
İqtisadiyyat Nazirliyi Pakistana ixrac missiyasını təşkil edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadiyyat Nazirliyi Pakistan İslam Respublikasına ixrac missiyasının təşkilini elan edir. İxracatçılar ixrac missiyasında iştirak etmək üçün nazirliyə müraciət edə bilərlər.

 

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, Pakistana ixrac missiyası fevralın 8-11-də baş tutacaq. İxrac missiyalarının əhatə etdiyi sektorlar - meyvə-tərəvəz, təbii mineral sular, meyvə şirələri, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları, pambıq, kimya məhsulları və digər sənaye məhsullarıdır. İxrac missiyalarında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcəklər.

 

Müsabiqənin təşkilatçısı İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur (AZPROMO).

 

Müsabiqə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında gələn il yanvarın 26-da AZPROMO-da təşkil olunacaq. Ünvan: Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000. Elektron poçt ünvanı: [email protected]. Əlaqə telefonu: +99412 5980147/48.

 

Seçim meyarları: ixracatçının məhsulları üzrə istehsal potensialı – 10 bal, məhsulların hədəf ölkəyə ixrac potensialı 10 bal, sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2015-ci ildə ixrac etdiyi məhsullarının miqdarını göstərməklə – 5 bal). Meyarların cəmi üzrə keçid balı minimum 20 baldır.

 

İxrac missiyalarında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir: ərizə, sahibkarın istehsal potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar.

 

Sənədlər yanvarın 16-dək AZPROMO-ya təqdim olunmalıdır.

 

28.12.2016 12:30

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ