Ən yuxarı (mobil)-2_30

4 Ərəb ölkəsindən yeni Qətər bəyanatı

iç səhifə xəbər başlığı altı (mobil)_31
4 Ərəb ölkəsindən yeni Qətər bəyanatı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qətərə embarqonu başladan Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn, Doha rəhbərliyinə təqdim etdikləri tələblərin hamısı yerinə yetirilənə qədər tətbiq etdikləri embarqoların davam edəcəyini açıqlayıblar.

 

"Marja" xəbər verir ki, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn tərəfindən yayılan birgə bəyanatda "Qətər rəsmiləri, terrorizmlə mübarizə məqsədilə regionda təhlükəsizlik və sabitliyin təmin olunmasını əhatə edən ədalətli tələblərimizin hamısını yerinə yetirənə qədər embarqolar davam edəcək",- deyilir.

 

"BU ADDIMLAR KİFAYƏT DEYİL"


 
Qətər ilə ABŞ arasında terrorizmin maliyyələşdirməsinin qarşısının alınmasına dair dünən imzalanan anlaşma memorandumunun, 4 ölkənin uzun zamandır Qətərdən "terrorizmə dəstəyini kəsməsi" çərçivəsində dəfələrlə bildirdiyi tələb və təzyiqlərinin bir nəticəsi olduğu qeyd edilən bəyanatda, "Bu addım kifayət deyil. Qətər rəsmilərinin terrorizmin dəstəklənməsi, ona qucaq açılması və maliyyələşdirməsilə mübarizədəki ciddiliyi yaxından izlənəcək" - deyə bildirilir.

 

Xəbər verdiyimiz kimi, ABŞ Xarici İşlər Naziri Reks Tillerson, Qətərin paytaxtı Dohaya səfər edib. İki ölkə arasında terrorizmin maliyyələşdirilməsilə mübarizəyə dair birgə bəyannamə imzalanıb.

 
Doha səfəri zamanı jurnalistlərə açıqlama verən Tillerson, "Qətərin mövqeyinin olduqca dəqiq olduğunu düşünürəm. Və məncə, bu mövqe çox məqbuldur",- ifadələrini istifadə edib.

 
İstanbul səfərinin ardından Qətər böhranında vasitəçilik missiyasını həyata keçirən Küveytə gedən Tillerson, buradan Dohaya keçmişdi. ABŞ Dövlət Katibinin bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir xarici işlər nazirlərilə görüşəcəyi gözlənilir.

12.07.2017 06:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ