Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri görüşüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri görüşüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Brüsseldə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın görüşü başa çatıb.


Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin katibi Tiqran Balayan "Twitter" səhifəsində yazıb. 


O, bildirib ki, nazirlərin görüşü yekunlaşıb. Ermənistanın XİN rəsmisi görüşün detalları barədə mətbuata açıqlama veriləcəyini bildirib.

 

 ATƏT-in Minsk Qrupunun həmsədrləri 2017-ci ildə Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil etməyi təklif ediblər.


Bununla bağlı təklif iyulun 11-də Brüsseldə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçirilən görüşündə irəli sürülüb.


Qeyd edək ki, görüşdə həmsədrlərlə yanaşı, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.


Ermənistan XİN-in mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə müzakirələr Qarabağ probleminin nizamlanması üzrə danışıqlar prosesinin irəliləməsi məqsədilə müvafiq şəraitin yaradılması ətrafında davam etdirilib.


Minsk Qrupunun həmsədrləri iki ölkənin XİN başçılarından prezidentlərin cari il ərzində görüşünün təşkili barədə təkliflərlə çıxış ediblər.


Görüşdə bu ilin sentyabrında BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda Ermənistan və Azərbaycan XİN başçılarının növbəti görüşünün keçirilməsi haqqında razılaşma əldə olunub.

 

© Report

12.07.2017 07:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ