Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Bank “BTB” stabil və normalara uyğun olduğunu bəyan etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank “BTB” stabil və normalara uyğun olduğunu bəyan etdi

Bank “BTB” ASC illik audit hesabatını açıqlayıb. 

 

Bankın yaydığı məlumatda deyilir ki, 2016-cı il üzrə bankın fəaliyyəti və maliyyə vəziyyətinin daha mütərəqqi şəkildə audit olunması məqsədi ilə ən nüfuzlu 4 beynəlxalq audit şirkətindən biri olan “KPMG Azerbaijan Ltd” şirkəti cəlb edilmişdir.

 

“KPMG-nin rəyinə əsasən Bankın maliyyə hesabatlığı beynəlxalq standartlara uyğun olaraq aparılmışdır. Bankın fəaliyyəti stabildir, kapital normalara uyğundur və adekvatlıq əmsalı yüksəkdir. Likvidlik həddi effektiv səviyyədə saxlanılıb. Müsbət tendesiya kimi 2017-ci ilin əvvəlində müddəti bitmiş əmanətlərin əksəriyyətinin vaxtının uzadılması göstərilib. Bu da əmanətçilərin banka olan inamının göstəricisidir. Qeyri-faiz əməliyyat gəlirləri istiqamətlərində artımın olduğu göstərilib. Belə ki, komissiya gəlirləri 2015-ci il ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb”,- Bankın məlumatında deyilir.

 

Audit rəyi ilə bankın korporativ saytında tanış olmaq olar.

 

Qeyd edək ki, hal hazırda Bank BTB 10 filial, 7 şöbə və Baş ofisin nəzdində fəaliyyət göstərən Müştəri Xidməti Departamenti ilə təmsil olunur.

12.07.2017 08:25

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ